Menu

"Xalq niyə razı olmalı deyil?" - Deputat

06.12.2017, 16:02

publika.az1430811747publika.az1423315384Musa_UrudNeçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində yer alan “Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir” fikrinə münasibət bildirərkən deyib.

M.Quliyev vurğulayıb ki, xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır:

“İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Şərhlər

Şiruyə 2017-12-06 16:02:46

Prezident İlham Əliyev Heydər oğlunu yap ın üzvülərindən ibarət olan vəzifəli dövlət məmurları ilə birlikdə Milli Məclis üzvüləri öz maraqlarını təmin etmək ücün dəsdəkləyirsiniz.

Əhnəd 2017-12-06 16:02:46

Aslan ismayılovun Onkoloji Mərkəzlə əlaqədər keçirdiyi sorğu hər şeyi ortaya qoydu

DQarabağ vətəndaşı 2017-12-06 16:02:46

Niderlandın İNG fondu və deputat təvazökarlıqdan inam faizlərini azaldıblar. Əhali dünyaya yardım edən, gündəlik mətbuatda işğalçıların qayğısına belə qalan hökumətini niyə də dəstəkləməsin? MM 15 ildir haylardan dərs alırlar-AŞPAda qaçqınlara görə işğalçıya qarşı (uydurma soyqırım kimi) bircə layihə qaldırsınlar. Xalq dövlətin və MM-in kapitallarının istisinə də qızınır. Qaz ixracı-çörək bolluğu, MM-ə 24 milyon, 5000 bələdiyyəyə 5 milyon analoqsuz inkişafı və xalqın firavan yaşayışını təmin edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol