Menu

"Meyitdən orqan köçürülməsi üzərində iş aparılır" - Nazirlik

13.12.2017, 12:17
"Meyitdən orqan köçürülməsi üzərində iş aparılır" - Nazirlik

“Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

O bildirib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib.

Şərhlər

şübhə 2017-12-13 12:17:07

elə bu saytda ondan yazılmışdı. bu adam moşennikdi. uzaq durun a millət.

şübhə 2017-12-13 12:17:07

bu adamın adını axtarın görün nələr yazılır haqqında. od olmasa tüstü çıxmaz. Allah bu xalqı qorusun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol