Menu

Məhkəmə palatanın iddiasını rədd etdi

15.12.2017, 11:18

rufet-aslanli-2Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib.

Fed.az xəbər verir ki, MBNP-nin ərizəsinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia mümkün sayılmayıb. Bununla da, ASC-nin məcburi ləğvindən imtina edilib.

Palata qərardan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılıb və qərardad qüvvədə saxlanılıb. Növbəti dəfə MBNP-yə “yox” cavabı verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol