Menu

“Standard İnsurance Georgia”nın yeni sahibi məlum oldu

15.12.2017, 11:53
“Standard İnsurance Georgia”nın yeni sahibi məlum oldu

“Standard İnsurance Georgia” sığorta şirkətinin yeni sahibi məlum olub.

Fins.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın “Standard İnsurance” sığorta şirkətinin Gürcüstan sığorta bazarında törəməsi olan şirkətin 100%-i Lüksemburqa aid “Mercury Europe Holdings”ə satılıb. Şirkətin kapitalı ötən ilin dekabr ayında 835 min lari artırılaraq 5,3 milyon lariyə çatıdırılıb. Dekabr ayının 31-də isə sövdələşmə baş tutub.

Xatırladaq ki, Standard İnsurance Georgia 2007-ci ildə yaradılıb. Şirkətin səhm paketi 2016-cı ilin sonuna qədər tam şəkildə “Standard İnsurance”a məxsus olub.Şirkət hazırda Gürcüstan sığorta bazarında avtomobil, səfər,tibb,yük, maliyyə vəə kənd təsərrüfatı riskləri və hava nəqliyyatının sığortası ilə məşğuldur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol