«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Krımın insan haqları üzrə müvəkkili Lüdmila Lubina Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin (BMT BM) Krımla bağlı qətnaməsinə kəskin etirazını bildirib: «Orada səsləndirilən insan haqlarının pozulması faktları Krımda yoxdur... ».
BMT BM çərşənbə günü «Krım yarımadasında insan haqlarının vəziyyəti barədə» Ukrayna tərəfinin təkdif etdiyi qətnamə layihəsini qəbul edib. Qətnamənin lehinə 70 dövlət, əleyhinə 26 dövlət səs verib, 76 dövlət isə tərəfsiz qalıb. Təşəbbüsü dəstəkləyən ölkələr arasında əsasən, Avropa ölkələri, ABŞ və Gürcüstan yer alıb.
Qətnamədə BMT BM «Rusiya Federasiyası tərəfindən Ukraynanın bir hissəsinin hazırkı müvəqqəti işğalını» pisləyib və bu ilhaqın tanınmaz olduğunu bəyan edib.
Sənəddə Rusiynı 12 təklifi yerinə yetirməyə «israrla çağırış» edilir ki, «Krımda insan haqlarının bütün pozulma hallarına təxirə salınmadan son qoyulsun».
«Bu qətnamədə bircə doğru kəlmə də yoxdur... Onların yazdığı hüquqpozulma halları olmayıb...» - deyə, obmudsman «RİA Novosti» agentliyinə danışıb.
Onun sözlərinə görə, sənəd istisnasız olaraq, siyasi məqsədlər güdür.

Şərhlər