2003-cü ildə ABŞ tərəfindən devrilən Səddam Hüseynin büstü satışa çıxarılıb.
Axar.az xəbər verir ki, İraqda bir ildən çox xidmət edən əsgər Earl Torres 2013-cü ildə Bağdad aerodromunda tapdığı parçalanmış heykəlin bir hissəsini ölkəsinə aparıb.
Bu günə qədər heykəli saxlayan əsgər onu Las Veqasda auksiona çıxarıb.
Heykələ 10 milyon dollar versələr də, Torres büstün qiymətinin artması üçün bir müddət də gözləyəcəyini deyib.


Şərhlər