Menu

Bakıda dərsdən qayıdan tələbəyə üç bıçaq zərbəsi vurulub

28.12.2017, 00:05
Bakıda dərsdən qayıdan tələbəyə üç bıçaq zərbəsi vurulub

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində, qohumlarının evində qalan 2000-ci il təvəllüdlü Həsənov Kamal Ramiq oğlu dərsdən qayıdarkən bıçaqlanıb.

Ona naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.

Qohumlarının dediyinə görə, K.Həsənov Bakıdakı ali təhsil müəssisələrindən birinin tələbəsidir və onlarda müvəqqəti qalır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.

Şərhlər

t.ədalət 2017-12-28 00:05:55

Yenə bıçaq hadisəsi.Deyəsən bizimkilər qorxaqlığa görə bıçaqsız keçinə bilmirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol