Bu gün Qazaxıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədri olub.Qazaxıstan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Qazaxıstanın bu statusda prioritetləri nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibə təhlükəsini dəf etmək, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacaq.
Rəsmi Astana regional təhlükəsizliyin möhkəmləndirilməsində Mərkəzi Asiyanın maraqlarını təmin etmək, Əfqanıstanda sülhə nail olmaq, o cümlədən BMT Təhlükəsizlik Şurasının və ümumiyyətlə, BMT sisteminin XXI əsrin təhdid və çağırışlarına adaptasiya etməyə çalışacaq. Bununla bərabər, Qazaxıstanın təşəbbüsü ilə BMTTəhlükəsizlik Şurasında 2019-cu ilin sonuna qədər BMTTəhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş Kot-dİvuar, Küveyt, Niderland, Peru, Polşa və Ekvatorial Qvineyanın bayraqlarının asılması mərasimi təşkil olunacaq.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına sədrlik rotasiya qaydasında 1 ay olmaqla, bu təşkilata üzv ölkələrin nümayəndə heyətlərinə həvalə olunur. BMT Təhlükəsizlik Şurasının 8 qeyri-daimi üzvündən bir olan Qazaxıstanın üzvlük müddəti 31 dekabr 2018-ci ildə başa çatır. Qazaxıstan yanvarın 31 yanvar 2018-ci ilədək BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Şərhlər
Ə BƏ QARDAS QAZAX BMT-NİN ERMƏNİSTANLA BAĞLİ QƏTNAMƏLƏRİNİ HƏYATA KECİR DA BƏ. Ə BƏ SƏNKİ MUSƏLMAN DƏYİSƏN Kİ? BİR DƏ Kİ SƏN TARİXƏ DUS DA BƏ QARDAS.YA DA İNANMİRAM. BİLİRSƏN BƏ NİYƏ. AXİ DEDİM Kİ MUSƏLMANSAN AXİ. QUTSU DEDİK GOZUMUZ DEDİK NƏ OLDU Kİ İNDİDA BƏ KİMİ NƏ OLSUN...