Menu

İtkin alpinistlərlə bağlı yeni açıqlama - "Onları diri-diri basdırırlar..."

02.01.2018, 11:58
İtkin alpinistlərlə bağlı yeni açıqlama - "Onları diri-diri basdırırlar..."

Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Bu barədə Lent.az-a "Gilavar” Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək: "Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli dağçıdır. Baburun üzərində 27 kq-lıq ruqzak olub, ola bilməz ki, bu sumkadan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırırlar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik".

Z.Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-nin 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir.

Qeyd edək ki, "Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.

Şərhlər

ali 2018-01-02 11:58:25

Bəs hani bizim dövlətin milyardlarını göyə sovuran, az qala sualtı qayıgı olan,hər 100 nəfərə 1 generalı olan, HADİSƏ OLMAYANDA danişanda agizlarina çullu dovşan sigmayan və özlərini eninə uzununa cirib dagıdan, hər işləri SABUN KÖPÜYÜNDƏN FƏRQLƏNMƏYƏNLER....Ölüb yerə keçin ki, yarandıgıniz vaxtdan bircə dəfə də olsa hansisa föv-də vəz-dən ugurla çıxa bilmədiyiniz cəhənnəm, heç olmasa rəzil olmaqdaqdan qurtarin.Suda batani dəniz özü üzə çixaracaqdisa siz nəyə lazimdiz....

dadaşyev 2018-01-02 11:58:25

Əgər .... deyərdim ola bilsin qar uçqunu-filanı altında qalıblar.Amma qış aylarında qaban,cüyür ovuna gedənlər çox olur dağlıq yerlərdə.Həm özlərinin Yeni il süfrəsi üçün,həm də yağlı vəzifədəki şişkaların sifarişiylə.Deyirəm,ola bilsin qaban ovlayıb oradaca yeyib içən pyaniska ovçulara rast gəliblər bəlkə.Məncə o civarda ova gedənləri yaxşıca sorğu-sual etmək lazımdır.

Вугар 2018-01-02 11:58:25

Эти люди занимались экстремальным видом спорта! Значит, знали про опасность. Знали, что могут погибнуть и вероятность этого была велика и ясна им. Они не дети и теперь все их ищут как жертв чего то или кого то. Искать их надо , но говорит о них как о жертвах не надо.

Deli weytana 2018-01-02 11:58:25

Deerem hara geedersen aye ,by agilnan ,anan bilermi? Кстати, herden deli weytaninda sozune baxmaq lazimdi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol