“İcbari tibbi sığorta haqqının məbləği müvafiq qanunvericilikdə dəyişiklik edildikdən sonra məlum olacaq”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda icbari tibbi sığorta pilot layihə şəklində Yevlax rayonunda və Mingəçevir şəhərində tətbiq olunur və əhalidən sığorta haqqı toplanılmır, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər 1829 xidməti əhatə edən baza zərfindən pulsuz istifadə edirlər.
Qeyd olunub ki, Agentliyin fəaliyyət göstərdiyi müddətdə ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə görə qiymətləndirilib və həmin xidmətlərin tarifləri hesablanıb.
Agentlikdən onu da bildiriblər ki, pilot layihə 2018-ci ilin fevral ayının 1-ə qədər davam edəcək: "2018-ci ildən icbari tibbi sığortanın miqyasının genişləndirilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq rəsmi qərar veriləcək".


Şərhlər
Pay atonnan!A balam,dünyanın ən zəif ölkələrində də vətəndaşların öz dövlətindən haqlı tələbi olan bir məsələ nə yaman problemə dönüb bizim bu neft-qaz okeanında?Büdcəsi 5 milyarda çatmayan Gürcüstan bunu on illərdir tətbiq edib bütün Gürcüstan üzrə,bizdə isə büdcə illərdir ki,ortalama 20 milyarddır,amma əlimiz əsə-əsə cəmisi 2 rayona tətbiq etmişik,o da pilot layihəsi kimi,yəni görək çox xərc çıxmır ki.Ayıbdı,ay deputatlar,başqa ölkələrdə sizə tibbi sığorta soruşulanda "yoxdu" deməyə utanmırsınızmı?
Kaş Bakıda da tətbiq olunardı.