Türkiyədə nümayişçilərin açdığı atəş 2 polisi yaralayıb
Türkiyənin Van şəhərinin Başkale rayonundan keçən İran sərhədində PKK terrorçusunun öldürülməsi ilə bağlı şəhərdə etiraz aksiyası keçirilib.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, polislə nümayişçilər arasında qarşıdurma baş verib.
Hüquq mühafizəçiləri "Molotov kokteyli" atan nümayişçilərə təzyiqli su və qaz bombası ilə müdaxilə ediblər. Yaranan qarışıqlıqda etirazçılar polisə atəş açıblar. Nəticədə iki polis məmuru ayağından yaralanıb.


Şərhlər