Menu

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - Rəsmən təsdiqləndi

16.01.2018, 10:54
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - Rəsmən təsdiqləndi

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Şərhlər

OKtay Nəbiyev 2018-01-16 10:54:15

Bu dəyişiklik lazımsız və məntiqsiz dəyişiklikdir.Alqı-satqı, əsgər tamamilə doğru ifadələrdir.İllərdir ki,əhalinin leksikonunda istifadə olunub və doöru da tələffüzə yatır.Alğı,əskər- yəni iki hərfi yerli-yersiz dəyişməklə dilci alimlər işlədiklərini,varlığını sübut etmək istəyirlərsə,bu yersiz və mənasız işdir.Əksinə həmin "alimlər" yaxçı olar ki,dilimizə Türkiyədən,rusiyadan və digər ölkələrdən daxil olan anlaçılmaz sözlərəsinonim düşünsələr daha gərəkli olar və dilimiz zənginləşər. Boş hərf dəyişməsi ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol