Menu

«Biz, bir xalqıq, bir millətik, bir qanıq, bir taleyik» - Martin Lüter Kinqin qızı

17.01.2018, 00:14
«Biz, bir xalqıq, bir millətik, bir qanıq, bir taleyik» - Martin Lüter Kinqin qızı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikada vətəndaş hüquqları uğrunda mübariz şəxsiyyət kimi tanınmış Martin Lüter Kinqin qızı Bernis Kinq bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın immiqrasiya barədə səsləndirdiyi fikirlər amerikalıların mövqeyini əks etdirmir və Martin Lüter Kinqin çağırışlarının ruhuna uyğun gəlmir. Bu barədə xəbəri bazar ertəsi «Associated Press» agentliyi yayıb.

«Yol vermək olmaz ki, dünya ölkələri ABŞ Prezidentinin sözlərinin Amerikanın gerçək ruhunu əks etdirdiyini düşünsünlər. Biz, bir xalqıq, bir millətik, bir qanıq, bir taleyik. Bu saat bizim ümumi səsimiz daha yusəkdən səslənməlidir, nəinki mənim atamın çağırışlarına hərdənbir əməl etməyənlərin səsi» - deyə, Atlantadakı (Corciya ştatı) baptist kilsəsində keçirilən Martin Lüter Kinq günü münasibətilə keçirilən mərasimdə Bernis Kinq bəyan edib.

Bernis Kinqin bu bəyanatına səbəb, ötən həftənin cümə axşamı Konqres üzvləri ilə gürüşü zamanı ABŞ Prezidenti Donald Trampın immiqrasiya məsələləri barədə səsləndirliyi «çirkli yuva» sözləri olub. Tramp inkişaf etməkdə olan ölkələri belə adlandırıb. Ağ Evin mətbuat xidməti bununla bağlı izahat verməli olub və olanları inkar etməyib.

Cümə günü isə Tramp belə «kobud sözlər» söyləmədiyini bildirib. Afrika İttifaqı dövlətləri, Haiti, Kuba və digər ölkələr ABŞ Prezidentinin sözlərini təhqir kimi qəbul edərək, ondan izahat tələb ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol