Menu

Bakıda banka basqın olub

18.01.2018, 16:02
Bakıda banka basqın olub

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.“Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Şərhlər

asim 2018-01-18 16:02:37

Bizim uşaqların anası da mənə deyir ki, get oğurluq et,şörək gətir.Mən bu qaqaşın taleyini gözləyəcəm,əgər o 2-3 illə qurtarsa, mən də gedib harasa basqın edəcəm.Başımı qoyacam qılıncın altına, görək Allaha təvəkkür.Onsuz da Azərbaycanda bir müxalifətçi olma, qalan nə edirsən et,cinayətin az olur.Burada bir neçə milyardı oğurlayan mükafat verilir.Yaqin ki, mən böyük oğurluqlar etsəm, mənə də bir medal verəcəklər.Gözləyək bu qaqaşın məhkəməsini.

Sakit 2018-01-18 16:02:37

Görün işsizlikdən insanlar hansı cinayətlərə əl atirlar.YAP hakimiyyətinin üzü "ağ" olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol