Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub.
Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Layihə plenar iclasa tövsiyə olunub.


Şərhlər
Yəqin ki, qanunda istisna hallar da nəzərdə tutulmalıdır. Ola bilər ki, 14 yaşı tamam olmamış şəxsin valdeyninin dərman almaq üçün ondan başqa heç kimi olmasın.