“BƏLİ, MƏNİM BAĞ EVİM DƏ VAR...” – Mətbuat Şurasının sədri

“Bəli, mənim bağ evim də var. Burada qeyri-adi nəsə yoxdur. Hər bir insan özünə ev tikməyi bacarmalıdır. Bunu tez bir zamanda bacaranları görmüşəm. Bilmirəm, bu işi mənim kimi 15 ilə görən var, ya yox, amma inşallah işlər tam yekunlaşdıqdan sonra orada yaşamağı düşünürəm”.

“AzPolitika”nın məlumatına görə, bunları Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “afn.az” saytına müsahibəsində bu yaxınlarda sosial şəbəkələrdə və bəzi saytlarda ona məxsus olduğu bildirilən villanın fotolarının yayılmasilə bağlı sualı cavablandırarkən bildirib.

MŞ sədri hazırda Prezident İlham Əliyevin bağışladığı evdə yaşadığını deyib: “Hesab edirəm ki, hər insan ömrü boyu övlad böyütməlidi, ağac əkməlidi və özü üçün ev tikməlidir. Bundan əvvəlki mənzilim ulu öndər vaxtında verilmişdi. İndi yaşadığım mənzili mənə cənab Prezident bağışlayıb”.

V.Nəsibov

635x100

Şərhlər

hellas 2018-01-23 23:09:08

Buy qadan alım, Sən kolumb kimi lap təzə Amerika kəşf elədin ki!! Sənin olmayıb, bəs çadır şəhərciyində yaşayan, yaxud bu ay qazandığı pul çörəyə çatmayanların olmalı deyildi ki!! Ay cənabi duputat!!

REDAKTOR 2018-01-23 23:09:08

HORMƏTLİ AZPOLİTİKA. BELƏ BİR İCTİMAİ ƏHƏMİYYƏTLİ MOVZULARİ SAYTA YERLƏSDİRİRSİZ,AMMA NƏDƏNSƏ VERİLƏN SƏRHLƏR SECİLİR. NƏDƏN BELƏ MUNASİBƏT. AXİ MƏTBUAT DİĞURDAN AZAD VƏ MUSDƏQİL OLMALİDİR. DOVLTİMİZ BU SAHƏYƏ COX DİQQƏTLİDİR. AMASOVUN MOVQEYİ İSƏ TAM FƏRQLİDİR...

Son yazılar