Menu

Azərbaycanın FIFA referisi UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb

26.01.2018, 10:28
Azərbaycanın FIFA referisi UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev yanvarın 29-da Maltada ən yaxşı futbol hakimləri üçün start götürəcək kursa dəvət alıb.

"Report" xəbər verir ki, UEFA-nın 26-cı dəfə təşkil edəcəyi kursda Avropanın aparıcı baş hakimləri və yeni FIFA referiləri iştirak edəcəklər. Üç gün davam edəcək təlimlərə elit, I və II kateqoriyalara daxil olan 56 kişi və 21 qadın referi qatılacaq.

Qeyd edək ki, Əliyar Ağayev kursa dəvət alanlar arasında II kateqoriyadan olan 7 baş hakimdən biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol