Menu

 Ankaradakı partlayış terakt imiş - Valilik açıqladı

02.02.2018, 21:30
 Ankaradakı partlayış terakt imiş - Valilik açıqladı

Paytaxtın Çukurambar rayonunda yerləşən vergi idarəsində baş vermiş partlayışın partlayıcı qurğudan qaynaqlandığı məlum olub.Axar.az xəbər verir ki, bu barədə Ankara Valiliyinin açıqlamasında deyilib.

Aparılan araşdırmalara görə, şübhəli kişi içində bomba olduğu təxmin edilən çantanı idarənin girişinə qoyub.

Bundan əlavə, həmin şübhəli şəxs qaçaq yolla Suriyanın PYD-nin nəzarətində olan ərazisindən Türkiyəyə qaçaq yolla daxil olub. Tədqiqatlar davam edir.

Xatırladaq ki, dünən axşam saatlarına sözügedən vergi idarəsində qaz sızmasından qaynaqlanan partlayışın olduğu barədə məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol