Menu

"Prezidentin siyasətinə hər zaman sadiq olacam" - Tağı Əhmədov

04.02.2018, 12:09
"Prezidentin siyasətinə hər zaman sadiq olacam"  - Tağı Əhmədov

Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dövlət başçısı tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə görə prezident İlham Əliyevə təşəkkür edib.

T.Əhmədov "Ölkə.Az"-a açıqlamasında prezident tərəfindən ona göstərilən etimadı yüksək qiymətləndirdiyini söyləyib:

"Cənab prezident çox sağ olsun. Cənab prezident tərəfindən təltif olunmağım mənim üçün böyük şərəfdir. Buna görə başda ölkə başçımız olmaqla, hər kəsə təşəkkür edirəm. İndiyədək olduğu kimi, bundan sonra da cənab prezidentin yürütdüyü siyasətə hər zaman sadiq olacam".

Xatırladaq ki, Prezident İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şərhlər

Abit 2018-02-04 12:09:41

Medal alandan sonramı?

Kamal 2018-02-04 12:09:41

Tagı müellim qanunlara sadik olun

Roma 2018-02-04 12:09:41

Tağı müəllim, MTN-ə verdiyiniz 3 milyonla, dedikləriniz tərs mütənasibdir.

t.ədalət 2018-02-04 12:09:41

"Metro Tağı" müəllimdən söz düşəndə Yevlaxda baş vermiş bir hadisə yadıma düşür.Deyirlər ki,təzə gəlmiş katib baza anbarına qoymaq üçün adam arayır.Ona rayon arxivinin müdürini məsləhət görürlər.Katib də razılaşır.Yarım ildən sonra yoxlama təşkil olunur.Məlum olur ki,o ,anbardakı əşyaları satıb yeyib.Katib adamları iclasa toplayır və deyir ki,sizin dediyiniz adam heç də təmiz deyilmiş.Arxivdə satmağa bir şey olmadığına görə "təmiz" qalıb.İndi də Tağı müəllim..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol