Menu

Bakının mərkəzində ərəb turistin başına reklam lövhəsi düşüb

06.02.2018, 10:09
Bakının mərkəzində ərəb turistin başına reklam lövhəsi düşüb

Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.

“Report” xəbər verir ki, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.

Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol