Menu

İraq şimaldakı neftlə zəngin əraziləri təmizləyir - Ordu əməliyyata başlayıb

08.02.2018, 00:26

WAR IRAQ 5«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın silahlı qüvvələri (SQ) ölkənin şimalındakı neftlə zəngin ərazilərdə qayda-qanun yaratmaq üçün əməliyyata başlayıb. Bu barədə çərşənbə günü «Röyter» agentliyi məlumat verib.

«Təhlükəsizliyi və sabitliyi təmin etmək məqsədilə, bu gün səhər Tuz-Hurmatu şəhərinin yaxınlığında (Səlahəddin əyaləti) neftlə zəngin rayonların «təmizlənməsi» üzrə əməliyyata başlanıb» - deyə, ordu komandanlığının bəyanatında qeyd olunub.

İraq rəhbərliyi Kərkük əyalətindən İranın şimal-qərbindəki Kermanşah şəhərində yerləşən neft emalı zavoduna xammal nəqlinə başlamazdan öncə, fəal hazırlıq işləri aparır («Röyter»).

«Əl-Həşd əş-Şaabi» şiə xalq üsyançı qruplaşmasının məlumatına görə, İraqın şimal əyalətlərində «İslam dövləti»nə və əvvəllər məlum olmayan «Ər-Rayət əl-Beyda» («Ağ bayraq»lar) radikal təşkilatına aid 200-500 terrorçu döyüşçünün hələ də qalması mümkündür.

Digər mənbələrdən əldə olunan məlumatlara görə, ekstermistlərin sayı 1 min nəfərə də çata bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol