Goranboy rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yanğın rayonun Veyisli kəndində ümumi sahəsi 140 kvadratmetr olan ikimərtəbəli evdə qeydə alınıb. Hadisə nəticəsində 6 otaq və aynabənddən ibarət evin dörd otağı yararsız vəziyyətə düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Şərhlər