Menu

“Sədərək” Ticarət Mərkəzinə giriş 6 dəfə bahalaşdı!

09.02.2018, 16:17
“Sədərək” Ticarət Mərkəzinə giriş 6 dəfə bahalaşdı!

“Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.

Bu barədə Axar.az-a “Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:

“Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.

Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən “taksi” işarəsini zorla alırlar.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində çalışan taksi sürücülərinin girişi 3 manata qaldırılması xəbərini ilk olaraq Axar.az saytı yayıb. Məlumat yayıldıqdan sonra TM-dən məlumatın yalan olduğu bildirilmişdi.

Şərhlər

Obyektiv 2018-02-09 16:17:46

Her mashindan 50 qepik chox az imish kimi indi de, 3 man??! 6 defeye bax ee!.. ((( Hele 50 qep. olanda bazardan chox onlar qaznirdilar..
Goresen, bashqa olkenin serhedini kechmek imish bu?! )) Dogrudan da, hech kim getmesin bu acgozluklerine peshiman olsunlar!!! (

Abit 2018-02-09 16:17:46

Bahalaşdı demek getmek lazım deyil,qoy bankrot olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol