Menu

Məktəbliyə qarşı seksual zorakılıq edən 11-ci sinif şagirdi istintaq təcridxanasına köçürülüb

12.02.2018, 09:54
Məktəbliyə qarşı seksual zorakılıq edən 11-ci sinif şagirdi istintaq təcridxanasına köçürülüb

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb.

"Report"un xəbərinə görə, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına etap edilib.

İstintaq dövründə R.C Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, R.C 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Psixoloq 2018-02-12 09:54:23

Ona azı beş il həmin qızla evlənmək şərti cəzası vermək daha uyğun görünür. R.Köçəri və S.Sərgis 366 ilə bir milyon azərbaycanlını evləri ilə zorlayıb. "Müstəqil" Azərbaycan hakimiyyəti onları cinayət məsuliyyətinə cəlb etmək cəhdi belə göstərməyib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol