Menu

"Şevardnadze Qərb xüsusi xidmətlərinin agenti idi"

08.07.2014, 19:12
"Şevardnadze Qərb xüsusi xidmətlərinin agenti idi"

“Bizdə, Gürcüstanda ölən adamın arxasınca pis danışmırlar”. Bunu AzPolitika.info-ya açıqlamasında Gürcüstanın “İverili” Qloballaşma Əleyhinə Mərkəzin rəhbəri Zviad İremidze iyulun 7-də vəfat etmiş SSRİ-nin XİN başçısı, Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze haqqında danışarkən deyib.

Mərkəz rəhbəri deyib ki, Gürcüstanda vəfat edən adam sağlığında yaxşı işlər görübsə onun haqda yaxşı danışırlar, əgər pis əməllər edibsə susurlar: “Lakin mən hesab edirəm ki, bu məsələ siyasətçilərə aid edilməməlidir. Əgər onun vicdanında çox sayda ailələrin əziyyəti varsa və onun fəaliyyəti boyu dövlət kaloniyaya çevrilibsə, düşünürəm ki, istisna etmək olar. Mən Eduard Şevardnadzenin fəaliyyəti haqqında qısa və konkret məqamları nəzərinizə çatdırmaq istəyirəm. O hakimiyyətə 70-ci illərdə gəlib. İk əvvəl daxili işlər naziri, sonra katib olub və bu illər ərzində guya ki, korrupsiya əleyhinə mübarizə apararaq, bir çox sayda insanları həbs etdirib. Lakin bu sadəcə onun siyasi fəaliyyətinin sadəcə xarici görkəmi idi. Əslində isə ondan əvvəlki hakimiyyətin etdiyini təkrarlayırdı. Mənim Eduard Şevardnadzenin hakimiyyəti dövründə ən qəbul etmədiyim siyasət onun gürcü kilsələrində KQB agentləri qoyması sistemi idi. Baxmayaraq ki, E. Şevardnadze artıq bizim aramızda yoxdur, onun qoyduğu agentlər indi də həmin kilsələrin başındadır. Sonra o Moskvada XİN başçısı kimi fəaliyyət göstərməyə başladı və M. Qorbaçovla birgə indi bir çox insanların heç arzulaya bilmədikləri bir dövləti dağıtdılar. Mən hesab edirəm ki, Şevardnadze və Qorbaçov hələ 60-cı illərdən Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunurdu. Düşünürəm ki, bunu yalnız dövlət satqınları edə bilərdi. Beləliklə Şevardnadze SSRİ-nin dağılmasından sonra Gürcüstana gəlir. Onların Gürcüstanı idarə etmək üçün təcrübələri yox idi və çox sayda siyasi səhvlərə imza atdılar. Vətəndaş müharibəsindən sonra xalqın seçimi ilə hakimiyyətə gəldi. Həmin vaxtdan Gürcüstanda əsl küçə kriminalı illəri başladı. Gürcüstan Abxaziyanı itirdi. Daha sonra o təqaüdə çıxmaq zamanı gəldikdə, yenə də ölkədə inqilab etdi və Gürcüstan hakimiyyətində rəsmən SOROS tərəfindən maliyyələşdirilən gənc parazitlər yer aldı. Onlar da rəsmən dövləti dağıtdılar. Bu gün Gürcüstan de-yure dövlətdir, lakin de-fakto  Gürcüstan artıq çoxdan bir dövlət kimi əhəmiyyətini itirib. Faktiki olaraq, Gürcüstan bu gün Qərbin qeyri rəsmi kaloniyasıdır. Bunu görmək üçün heç bir fəlsəfəyə ehtiyac yoxdur”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol