Menu

Kamal Kılıçdaroğlu əməliyyat olunub

15.02.2018, 16:51

KamalTürkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib.

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) liderinin sidik yollarında problem yaranıb.

CHP-dən verilən açıqlamada K. Kılıçdaroğlunun əməliyyat olduğu bildirilib.

Açıqlamada o da qeyd olunur ki, K. Kılıçdaroğlunun vəziyyəti hazırda yaxşıdır, qısa zaman ərzində xəstəxanadan çıxarılması gözlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol