Menu

Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

17.02.2018, 20:09
Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

“Türkiyə terrorizmlə mübarizə haqqında qanun sərtliyini azaltmadan Avropa İttifaqı (Aİ) bu ölkəyə sadələşdirilmiş viza rejimini tətbiq edə bilməz”.

Azvision.az xəbər verir ki, bunu Belçika xarici işlər naziri Didier Reynders deyib.

Belçikalı nazir bildirib: “Əgər bu qanunu Aİ dəyərlərinə yaxınlaşdırmaq mümkün olarsa, o zaman bu məsələdə bir qədər irəliləyişin əldə edilməsi mümkün olacaq. Türkiyə terrorizmlə mübarizə haqqında qanun sərtliyini azaldarsa, bu zaman viza məsələsində də irəliləyiş əldə oluna bilər”.

Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan isə bildirib ki, Brüssel Türkiyənin vizasız rejimin tətbiqi ilə bağlı təqdim etdiyi sənədləri analiz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol