Menu

Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu oldu - Avtomobillərin hərəkəti dayanıb

19.02.2018, 11:04
Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu oldu - Avtomobillərin hərəkəti dayanıb

Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci km-də 37-ci km-nə qədər olan 4 yerdə qar uçqunu qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol