Menu

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verdi

22.02.2018, 15:59
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

APA-nın məlumatına görə, bu barədə o bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

K. Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol