Menu

Praqa məhkəməsi terrorçunu sərbəst buraxıb

27.02.2018, 15:20
Praqa məhkəməsi terrorçunu sərbəst buraxıb

Praqa şəhər Məhkəməsi terrorçu PKK qruplaşmasının Suriyadakı PYD adlı qolunun liderlərindən biri Salih Müslümün sərbəst buraxılması barədə qərar qəbul edib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfiri Ahmet Necati Bigalı bildirib.

“Bu, gözləmədiyimiz bir qərardı. Türkiyədə ötən illərdə bir çox terror aktlarının törədilməsində iştirak etmiş Salih Müslümün belə sərbəst buraxılmasını məyusluqla qarışılayırıq", - o deyib.

Şərhlər

t.ədalət 2018-02-27 15:20:22

Terrorbaşının sərbəst qalmasına səbəb çexiyanın rusiya ilə əlaqəsini göstərir.Amma Salih canını qurtara bilməyəcək,Türkiyə onu er ya da gec cəzalandıracaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol