Təxminən il yarım əvvəl Pirallahı rayonu ərazisində baş verən və bir ailənin facəsinə səbəb olan yol qəzası barədə “AzPolitika.info”da 
Bununla bağlı Cəmşid İrzaquliyevin Prezident İlham Əliyevə, həmşinin digər 
- Bəs qalan günahkarlar, necə, cəzalandırılırlarmı?
- Bax bəla da burasındadır ki, onlar Pirallahı rayon İcra Hakimiyyətinin məmurları olublar. Onların başında Vasif İmanov durur. Bizə bəlli olan və sizin də bildiyiniz kimi, maşında olan məmurlardan biri hadisəni törədən maşının təhkim olunduğu YAP Pirallahı Tayon Təşkilatının keçmiş sədri, həm də rayonun “RJO” deyilən qurumunda məsul vəzifə tutan Manaf Manafov və icra başçısının köməkçisi Həsən Niftəliyevdir. Onlar hadisə anında oğluma heç bir ilkin yardım göstərməyə səy göstərməmiş və hadisə yerindən uzaqlaşmışlar. Sonradan da qorxaq kimi kənardan bizləri seyr etmişlər.
Xatırladım ki, biz hələ o vaxt - hadisənin üçüncü günü bu hadisə ilə bağlı Vasif İmanovun qəbulunda olmuşduq. Vasif İmanov bizimlə görüşdə ilk olaraq başladı ki, eşitmişəm, hadisədi olub, gəlin razılaşaq və bu hadisənin yuxarılara çatmasına şərait yaratmayaq. Yəni, biz başçının hadisəyə baxışından və davranışlarından gördük ki, bu şəxs yerində olmayan bir adamdır. Etdiyimiz çoxsaylı şikayətlərdən sonra Manaf YAP Pirallahı Rayon Təşkilatının sədrliyindən uzaqlaşdırıldı. Ancaq bu qədər müraciətlərimizə və hadisəni ictimailəşdirməmizə rəğmən, Manafı hələ də təşkilatın idarə heyətində, şura üzvlüyündə və eyni zamanda İcra Hakiimiyyətinin “RJO” deyilən qurumunda rəhbər vəzifədə, Niftəliyev Həsəni isə özünün köməkçisi vəzifəsində saxlayır. O bununla da demək istəyir ki, mən heç kimi saymıram və rayonun tək sahibiyəm. Digər tərəfdən də o bu davranışları ilə Cənab Prezidentin rəsmi toplantılarda dəfələrlə dediyi “qudurğanlıq edən istənilən məmur və məmur övladları ən ağır cəza ilə cəzalandırılmalıdır” xəbərdarlıqlarını da eşitməzlikdən gəlmişdir. Vasif İmanovun bu cür davranışı rayonda məmurlara da sirayət etmişdir. Çünki bəzi məmurların özbaşınalıqları və çirkin əməlləri rayonda hər kəsə bəllidir. Bu səbəbdəndir ki, Pirallahı Respublikada Prezident Adminstrasiyasına edilən şikayətlərə görə, siyahıda ilk yerlərdən birində yer alır.
[caption id="attachment_398557" align="aligncenter" width="640"]

- Ortada bir ailə körpə uşaqla başsız qalıb. Onların maddi təminatı ilə bağlı hadisəni törədənlərə qarşı bir tələb irəli sürmüsünüzmü?
- Bu günə kimi xeyir. Sadəcə olaraq mən cinayət işinin yekunlaşmasını gözləyirəm. Təbii ki, biz bununla bağlı hadisənin törədilməsində vasitə olmuş maşının mənsub olduğu təşkilata və xidməti istifadəsində olan şəxsə qarşı mülki idda qaldıracağıq. Yəni qanun çərçivəsində.
- İcra başçısı Vasif İmanov, digərləri hadisədən sonra, hüzrə gəldilərmi, Sizə bir təsəlli verdilərmi?
- Xeyr, bu məsələdə Vasif İmanov başda olmaqla, onun məmurları qeyri-insanı davranış nümayiş etdirdilər. Həyatda heç kimsə ölümdən sığortalanmayıb. Gec-tez hamı bu imtahanla üzləşəcək. Ən dəhşətlisi isə belə adamların bir rayona başçılıq etməsi və məsul vəzifələrdə yer almalarıdır.

Vasif İmanov
Mən öncə bir vətəndaş olaraq işin icraatda olduğu Apellyasiya Məhkəməsindən ədalət istəyirəm. Konstitusion hüquqlarımın bərpasını istəyirəm. Cənab Prezidentin xəbərdarlıqlarını Vasif İmanovun da eşitməsini istəyirəm. Mən Birinci Vitse-Prezidentdən bir ana olaraq oğlumun başsız qalmış 9 aylıq qızının, ailəsinin təsəllisi üçün, bu cinayətdə iştirakı olanlara layiq olduqları yerlərin göstərilməsi barədə gösrəriş verməsini istəyirəm.
Bayaq qeyid etdim. Mən Nazirlər Kabinetinin strukturlarının birində məmur olmuşam. Mən nə qədər dərdimlə uğraşsam da, ölkənin taleyüklü məsələlərində kənarda qalmaram. Bu yaxında Beynəlxalq Mətbuat Mərkəzində Eldar Namazovun sədrliyi ilə Deportasiya Qurbanları Cəmiyyətinin Cənab Prezidentin namizədliyinin dəstəklənməsi ilə bağlı keçirilən konfransda da təklifə ilk münasibət bildirən özüm olmuşam. Bu mənim hadisələrə düzgün yanaşmamdan və ölkəmizin gələcəkdə də ayaqda qalmasından doğan bir istək idi. İndi mən Vasif İmanovdan soruşuram: sən bu tədbirə nə ilə gedirsən? Manaf kimiləri vəzifədə saxlamaqla, ictimaiyyət arasında ümidsizlik və inamsızlıq toxumu səpməkləmi?
Ümid edirəm ki, Cənab Prezident və Birinci Vitse–Prezident Vasif İmanov kimi etimaddan sui-istifadə edib, öz yarıtmaz fəaliyyətləri ilə hakimiyyətin siyasi xəttinə zərər verən məmurlara layiq olduqları yeri göstərəcəklər.
V.Nəsibov
AzPolitika.info


Şərhlər