Menu

Serj Sarqsyan Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib

01.03.2018, 18:02
Serj Sarqsyan Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib

Ermənistan prezidenti Serj Sarqsyan 2009-cu ildə Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, o, bunu martın 1-də Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açıqlayıb.

S.Sarqsyan deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan protokolların ləğv olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin ratifikasiyası dondulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol