Menu

“Milli Şuranın təyin etdiyi mitinqlər qanunsuzdur” - Qüdrət Həsənquliyev

06.03.2018, 12:29
“Milli Şuranın təyin etdiyi mitinqlər qanunsuzdur”  - Qüdrət Həsənquliyev

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Milli Şuranın indidən təyin etdiyi mitinqlər qanunsuzdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili əlavə edib ki, martın 19-a qədər seçkilərin lehinə və ya əleyhinə təbliğat aparmaq qanuna ziddir.

“Bakı Şəhər İcra Hakimiyyətindən tələb etməliyik ki, aydınlıq gətirsin. Milli Şura adlanan bir qurumun seçki təbliğat-təşviqat kampaniyası başlamamış bu cür mitinqlərin keçirilməsinə icazə vermək nə qədər qanunidir? Gözləsinlər, martın 19-dan sonra keçirsinlər. Elə bilərsiniz, mən nədənsə narahatam, xeyir! Sadəcə qanunlara hörməti tələb edirəm”, - deyə Q. Həsənquliyev bildirib.

Şərhlər

həsənqulu 2018-03-06 12:29:37

Bu ştatnıy "müxaliflər" niyə narahat olurlar.Onsuz da onlar öz "ərmağanlarını" alacaqlar.Mən dünən hiss etdim ki,Məzahir qaqanın belində radikulit var....Özünüzə gedin, bizdə "tuzdur".

Vətən OĞLU 2018-03-06 12:29:37

seçki təbliğat-təşviqat kampaniyası-hara mitinq hara bunları eyniləşdirmək nə demək?

Abit 2018-03-06 12:29:37

Neyniyecek onlar mitinq keçirmekle?Dövlete bele can yandırmırlar,Get Avropaya o narazı genclerin problemini öyren onlar ölkemizin imicini zedelemesin,problemleri hell edin kimise küsdürüb müxalifetçi elemeyin.Güclü lobbi yaradın düşmene qarşı .Daha gedib xaricde ağızlarına geleni danışmasınlar.

X 2018-03-06 12:29:37

Sadəcə olaraq indiki halda Parlamentin deputatlarının qanunlara hörmət tələb etməsini anlamaq çox çətindir. Belə çıxır ki,onlara Lazım olanda qanun var,lazım olmayanda isə onlar Qanunun adından belə qıcıqlanırlar.
Ona görə də həsənquliyev heç bir şeydən narahat deyil.

hellas 2018-03-06 12:29:37

Ey cənabi deputat! Məyər Azərbaycanda qanunlar var ki? Azərbaycanda şah qanundur. Milli Şura mitinq çağırıb deyə ... Heç narahat olmayın millət hələ qəflət yuxusundan oyanmayıb.

t.ədalət 2018-03-06 12:29:37

Milli şura idarə olunur.Bu təşkilat həm "ziyanlı adamları" aşkara çıxarır,həm də,guya,Azərbaycanda da müxalifət var kimi gərəksiz bir imic formalaşdırır..

Bəhram Qarabağlı 2018-03-06 12:29:37

Ay Şüurlu Millət Vəkili, 23 günlük təbliğat-təşviqat bir neçə milyonluq məşğul seçici üçün kifayətdirmi? Əsla, yox! Birinci namizəd 1995-ci ildən hər gün seçicinin qarşısında olmasına ramən heç onun məramı tam aydın deyil. Tutalım, "Вышка" və ya "Xalq qəzeti" hər nömrəsində bir namizədin "Prezidentlik proqramı"nı dərc edəcək. Hər birinin nəinki, müzakirəsinə, heç mütaliəsinə belə imkan qalmır.

Danabaş 2018-03-06 12:29:37

Hörmetli Qüdret bey-müellim-vekil-ziyalı( ardıcıllıq ixtiyaridir), MŞ-nin mitinqi de sizin prezidentliye namizedliyiniz kimi bir şeydir, menasız, bayağı ve.... Yel QAYADAN ne qoparacaq ki... Bir de ki..., bu ölkede birce defe qANUN pozulsa ne olacaq ki..., buraxın adamlar bir az şellensinler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol