Menu

ABŞ səfiri Azərbaycanı tərk edir

15.03.2018, 11:25
ABŞ səfiri Azərbaycanı tərk edir

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.Bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib.

“Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, – R.Sekuta bildirib.

Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək. O həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.

Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol