Menu

Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv olunub

17.03.2018, 11:46
Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv olunub

"Azərbaycanda istehsal olunan bütün məhsulların sertifikatlaşdırılması ləğv olunub".

“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bütün sahibkarlıq strukturları bunu bilməlidir: "Çünki bundan sonra məhsullara çeşidlər üzrə sertifikat veriləcək. Qida subyektləri qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər. Müəyyən araşdırmalardan sonra onlar sertifikat ala biləcəklər".

Q.Təhməzl bildirib ki, bu, Avropa ölkələrinə ixracla əlaqədardır.

Şərhlər

Mirzə AĞ 2018-03-17 11:46:44

Siz, ey Allahı sevənlər! Sertifikat konkret partiya məhsula verilər, müəssisəyə yox! İnsanları nə üçün aldadırsınız?!

Mühəndis B. 2018-03-17 11:46:44

"Qida təhlükəsizliyi" termini və məsuliyyət tərkibi tam anlaşılıbmı? Dünyada çox dövlət və çox müxtəlif qurumlar var. Ayrıca qurum yalnız idxal ərzağını laborator nəzarətindən keçirə bilər. AzStandart və ya İqtisadiyyat nazirliyi belə inanmıram ki, Keyfiyyəti texniki və kəmiyyət nəzarətindən keçirirdilər? Ölkənin-ailənin ərzağı və ehtiyatı hər tərəfli saflığı tələb etmirmi? Təcrübə sübut edib ki, mal-qara yemi də, bu çox ciddi işin tərkin hissəsidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol