Menu

«Rusiyanın cavab tədbirləri mahiyyəti dəyişmir...» - Britaniya XİN

17.03.2018, 16:08
«Rusiyanın cavab tədbirləri mahiyyəti dəyişmir...»  - Britaniya XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (BB XİN) bəyan edib ki, Rusiyanın cavab tədbirləri Londonun mövqeyinin mahiyyətini dəyişmir - Moskva, Sergey Skripalın və qızının zəhərlənməsi ilə əlaqəlidir.

Eyni zamanda, Böyük Britaniyanın Rusiya xalqı ilə fikir ayrılığı yoxdur. London Moskva ilə münasibətlərin tam dağılmasında maraqlı deyil. Rusiya diplomatlarının Britaniyadan çıxarılmasına yönəlik Rusiyanın cavab tədbirlərini Britaniya XİN-də belə şərh ediblər.

Xatırladırıq ki, Rusiya Federasiyası XİN bu gün 23 britaniyalı diplomatı «persona non-qrata» elan edib və onların həftə ərzində Rusiyadan çıxmasını istəyib. Bundan başqa, Moskva Sankt-Peterburqda Böyük Britaniya Baş konsulluğunun açılması və fəaliyyət göstərməsi üçün vermiş olduğu razılığı da geri çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol