Menu

Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

17.03.2018, 16:59
Bakıda ABŞ səfirliyi qarşısında etiraz aksiyası

Qarabağ Azadlıq Təşkilatının üzvləri və bir qrupu siyasi fəal ötən gün ABŞ-ın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər.Virtualaz.org-un məlumatına görə, onlar "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın ABŞ-a səfəri və təbliğat mərasimi keçirməsinə etirazlarını bildiriblər.

Etirazçılar bildiriblər ki, separatçılığı və işğalçılığı dəstəkləyən ölkənin Azərbaycanda səfirliyinin olması lazım deyil.

Aksiyaçılar tələb ediblər ki, onların hüquqlarını tapdalayan ABŞ səfirliyi bağlasın.

Qeyd edək ki, bir neçə gün öncə Bako Saakyanın ABŞ-a səfərinə etiraz olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı nazirliyə çağırıb.

Azərbaycan XİN-in ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası ona təqdim edilib.

Şərhlər

Kosa 2018-03-17 16:59:57

Akif nagi abinin nezerine._ ruslarin birbasha istiraki ile toredilmis Xocali soyqirimini Amerikanin 21 stati resmen taniyib.

Fəradi 2018-03-17 16:59:57

Fakt budur ki bu etiraz aksiyası bir neçə Qarabağ Azadlıq Təşkilatının üzvlərindən və bir qrupu siyasi fəaldan başqa heç kimə maraqlı deyil. Lakin hansısa bir aftoriteti dəfn edəndə 10 000-lə adam yığılır. Bax biz buyuq. Rəmətlik Sabir vərəm oldu dərdimizi deməkdəm : "Tərpənmə amandır bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol