MİNGƏÇEVİRDƏ YAŞAYIŞ BİNASINDA YANĞIN - Xəsarət alanlar var (Yenilənib)

Mingəçevir şəhərindəki yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, yanğın zamanı xəsarət alanların sayı 7-ə çatıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə hadisə yerində Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsindən - Yaşar Həsənova məxsus mənzildən başlayıb. Mənzilin eyvanından başlayan yanğın tədricən qonşu mənzilə keçib. Yanğın zamanı Y.Həsənovun evində qonağ olan qohumu, 1993-cü il təvəllüdlü Qara Rafiq oğlu Məmmədovun sonradan halı pisləşib və tüstüdən zəhərləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

"Report"un Şirvanm bürosu xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə ediliblər. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri - 1982-ci il təvəllüdlü Tünzalə Haqverdi qızı Seyidova, 1965-ci il təvəllüdlü Nüşabə Zeynəddin qızı Məmmədova, 1967-ci il təvəllüdlü Məsimə Abuzər qızı Qasımovanın vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir.

Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * *

Mingəçevir şəhərində fəhlə yataqxanasının binasında yanğın başlayıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən Texniki Rezin ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanasının binasında baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar