Menu

"HAFİZ HACIYEVİN DİQQƏTİNƏ ÇATDIRDIM Kİ..." - Prezidentin köməkçisi

28.03.2018, 12:25

elihesenovesas5Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.

Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və "Facebook" istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair məqsədli şəkildə əsassız və spekulyasiya xarakterli iddialar yayır.

“Bildirirəm ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır.

Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, - Ə. Həsənov deyib.

Şərhlər

Vətəndaş 2018-03-28 12:25:41

O AVROPAYA HƏYATINDAN BEZİB QAÇMIŞ UŞAQLAR ARAZDAN,HAFİZDƏN TƏRBİYƏLİDİRLƏR

Mühəndis-ə əlavə 2018-03-28 12:25:41

Bu namizədlərin ideoloji istiqamətləndiricisi olduqca zəif, bu sahədə bacarıqsız,təcrübəsiz olduğu ,təyin etdiyi "namizədlərdən" və onların çıxışlarının məzmunundan aşkardır.
Azərbaycanda normal ideoloqlar,normal namizədlər olduğu halda bu boş danışanlarla prezident seçkisi keçirmək ayıb deyilm?Axı belə hallar sonda Azərbaycanın imicinə böyük zərbə vurur.

Muhendis 2018-03-28 12:25:41

Kas bu debatlari basqa dide tercume etmesinler.Vallah bize gulerler.Prezidentliye namized olasan ve deyesen ki,Ilham Aliyevden yaxsi prezident ola bilmerik.Dolayi yolla hamisi bele cixis edir.Ecaba orda ne edirsiniz?Ozunuzu biaabir edirsiniz.Bu isdekleri bilen varsa yazsin ne olar-bizde oyrenek.

İRADƏ 2018-03-28 12:25:41

Bu namizədləri Xalqa sırıyanların məqsədini bilmək müşküldür.Təkcə onu bilirəm ki,bu ``oyun`` Azərbaycan xalqına hörmətsizlik,Dövlətimizə sayqısızlıqdır. İ.Əliyevi bu təsadüfi adamlarla yarışdırmaq,Cənab Prezidentə də hörmətsizlikdir. Heç olmasa debata gələndə fərqli çıxışlar yazıb versinlər ki,bunlar da oxusunlar.S.Cəlaloğlundan savayı heç bir namizəd prezident arzusunda olmasını dilinə gətirməyə cəsarət eləmirlər..Bu nə biabırçılıqdır.

Seçici 2018-03-28 12:25:41

Əli Əhmədova adamın yazığı gəlir.Axı adam onun qarşısına çıxan suallara dolğun,dürüst cavab vermək bacarığına malik deyil.Belə yarımçıq,əsassız cavablarıyla sadəcə olaraq möhtərəm prezidentin gördüyü möhtəşəm işləri kölgədə qoyur.Cavabları qane edici olmur və çox halda özü də bunu hiss edir.Bu debata ölkədə əhali də bəzən baxır və bunu görüb hiss edir.Bu seçki nəticələrinə təsir etməzmi?Axı insanlar şaş-baş qalır.

Bashirov Qarib 2018-03-28 12:25:41

Axı, siz, nece olur ki, MSK-nin etmeli oldugu işi-prezidentliye namizede irad bildirib onun neden danişmasının lazım oldugu telimatını verirsiniz? Aparicı hansi haqla mövzudan kənara çixmamagı tşvsiyə edə bilər?.Bu m[vzuları kim təyin edir, aparıcımı? Seçkini bu hala salsanız, onda sonra legitimlik məsələsi necə olacaq?

Vətəndaş 2018-03-28 12:25:41

Onu namizəd kimi ortaya atanda onun səviyyəsini bilmirdiniz?Milləti qanmaz yerinə qoyub.təsadüfi namizədləri tribunaya düzəndə anlamaq lazım idi ki, bu möhtərəm prezidentə qarşı sayqısızlıq və prezident seçkilərini zarafata çevirməkdir.
Sıraya düzdüyünüz namizədlərdən heç biri tələb olunan imza vərəqələrini toplamadığı halda onlar necə namizəd kimi təsdiq olunublar? Axı onların o qədər tərfdarı ola bilməsi mümkün deyil.Hətta rüşvətlə belə o qədər imza toplaya bilməzlər.

G.M 2018-03-28 12:25:41

Mənə elə gəlir ki,bu gün Azərbaycanda kifayət qədər insan hər cəhətcə,xüsusən də siyasi cəhətcə hafizdən və onunla fikir mübadiləsi aparan məmurlardan qat-qat savadlıdırlar.Kimin nə deməsindən asılı olmayaraq siyasi müstəvidə özlərini ``kapitan`` sayanlar heç gizir də deyillər.Onun kim olduğunu deyə bilmərəm..Depatda ortaya atılmış alternativ namizədlər və müzakirə olunan məsələlərin əsil müəllifi, dirijoru olduqca zəif və nimdaşdır.

BAKILI 2018-03-28 12:25:41

Haciyev hafiz musteqil deyil axi ne yazib vermisiz onuda oxuyur elecede hamisi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol