Menu

“Azərsu”ya 14 milyon manat ayrılıb

30.03.2018, 18:45
“Azərsu”ya 14 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

pıs-pısa 2018-03-30 18:45:43

Görəsən bu pulun neçə faizi Tovuza çatacaq? Qudalar höküməti neçə faizini udacaqdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol