Menu

Rusiya Suriyaya zərbə barədə ABŞ-ı xəbərdar edib

10.04.2018, 09:05
Rusiya Suriyaya zərbə barədə ABŞ-ı xəbərdar edib

Rusiya Birləşmiş Ştatları dəfələrlə Suriyaya zərbə endirməkdən çəkindirməyə çalışıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin Suriyadakı vəziyyətlə bağlı təcili iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Müdafiə Nazirliyi tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Rusiya ordusu Suriya hökumətinin dəvəti ilə qanuni olaraq oradadır. Biz Amerika tərəfini onlar tərəfindən qanuni Suriya hökumətinə qarşı mümkün silah tətbiqinin olduqca mənfi nəticələrinə dair xəbərdar etmişik. Xüsusilə də bu silahların istifadəsi – nə badə, əlbəttə ki, Suriyada qanuni olan ordumuza təsir edərsə", - deyə Nebenzya bildirib.

O əlavə edib ki, Suriya Dumasına kimyəvi hücum iddiaları təxribatdır və pis sonluqla nəticələnə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol