Menu

Ağsuda çörək sexində yanğın baş verib

15.04.2018, 13:39
Ağsuda çörək sexində yanğın baş verib

Səhər saat 10 radələrində Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, rayon mərkəzi bazarına bitişik olan sexdə bütün əşyalar yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən təqribən 20 dəqiqə ərzində söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol