Menu

"Səhhətimlə bağlı məsələləri şişirtməyə ehtiyac yoxdur" - Fəxrəddin Manafov

17.04.2018, 15:16
"Səhhətimlə bağlı məsələləri şişirtməyə ehtiyac yoxdur" - Fəxrəddin Manafov

Xalq artisti Fəxrəddin Manafov Almaniyadan Bakıya qayıdıb.

Bu barədə APA-ya aktyor özü məlumat verib.

O, bildirib ki, Almaniyaya onurğasında olan problemə görə gedib: “Həkimlər müayinə etdilər, müalicə aldım. Mənim sağlamlığımla bağlı məsələləri bu qədər şişirtməyə, böyütməyə ehtiyac yoxdur. Artıq Bakıdayam, hər şey qaydasındadır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol