Menu

Moskva metrosundakı qəzanın günahkarları bilindi

16.07.2014, 12:12
Moskva metrosundakı qəzanın günahkarları bilindi

Moskva metrosunda qatar qəzası üzrə ilk şübhəli müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, istintaq günahkar kimi üçüncü distansiyanın yol ustasının yardımçısını "qaralayıb". O, təmirdən sonra yoldəyişmə əqrəbi mexanizminin doğruluğunu yoxlamalı idi. O isə vəzifəsini yerinə yetirməyib. Polis ehtimal edir ki, yerinə yaxşı bərkidilməmiş əqrəb ilkin vəziyyətindən çıxıb və qatarı tunelin divarına yönəldib.

Musavat.com isə Rusiya İstintaq Komitəsinin saytına istinadən iki nəfərin saxlanıldığını yazıb. Saxlanılanlar “Moskva metropoliteni” yol xilmətinin ustası Valeri Başkatov və yol ustasının köməkçisi Yuri Qordovdur. Onların dindirilməsinə başlanılıb.

İstintaq bildirir ki, saxlanılanlar birbaşa iş icraçılarıdır. Lakin vəd verilib ki, faciə ilə əlaqəsi olanların hamısı məsliyyətə cəlb olunacaq.

Qeyd edək ki, iyulun 15-də Moskvanın Arbat-Pokrov xəttində, “Slavənskiy bulvar” və “Park Pobedı” stansiyalarının arasında üç vaqon relsdən çıxıb. Hadisə nəticəsində 22 nəfər ölüb, 129 adam zərər çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol