Menu

Paşinyan Yerevanı tərk etdi - Bölgələrdə mitinqlər başladı

27.04.2018, 20:50
Paşinyan Yerevanı tərk etdi - Bölgələrdə mitinqlər başladı

Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərliyi altında maşın karvanı Gümrü şəhərinə çatıb.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Gümrüdə kifayət qədər insanın toplaşdığı Vardanants meydanında tezliklə mitinq başlayacaq.

Qeyd edək ki, Yerevanda kütləvi etiraz aksiyaları bazar günü davam etdiriləcək. Bu gün və sabah Paşinyan ölkənin əhəmiyyətinə görə ikinci və üçüncü şəhərlərində mitinq keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol