Menu

Rusiyanı mitinqlər bürüdü - Saxlanılanlar var

05.05.2018, 14:33
Rusiyanı mitinqlər bürüdü - Saxlanılanlar var

Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları icazəsiz mitinqlər keçirirlər.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, etiraz aksiyaları Moskva, Sankt-Peterburq, Krasnoyarsk və digər şəhərlərdə təşkil olunub.

Krasnoyarskda keçirilən icazəsiz mitinq zamanı polis az 15 nəfəri saxlayıb. Şəhər polisinin nümayəndələri kütləyə mitinqin keçirilməsinə icazə verilmədiyini bildirib və onlardan dağılışmalarını istəyib. Amma buna məhəl qoymayan nümayişçilər mərkəzə doğru irəliləyib. Bu zaman polis onların hərəkət istiqamətinin qarşısını kəsərək bir neçə etirazçını avtobusa və polis maşınına qoyaraq aparıb.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi keçiriləcək.

Şərhlər

sual 2018-05-05 14:33:46

dunyada azerbaycanin qarsusalduxu prosesler gedir. biz bununla illər qabaqda olmusuq heyiflər olsun. ssri daxidilanda azərbaycanda geden prosesler gor ne aeder qabaq imiş bilmemisik...

Usta 2018-05-05 14:33:46

Buyurun ermanilar bilir ki rusyada dayisikliklar olacaq,ona hazirlasirlar.SSRI daqilandada bela oldu.Demali boyuk oyunlar gedir.Ayiq-sayiq olmsliyiq.O vaxt niya bizim torpaqlarimiz isqal oldu?.Cunki basbilanimiz olmadi.Biz sabitliyi qoruyub ozumuzu tamkinli aparmaliyiq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol