«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan cavab tədbiri olaraq, Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan və bu ölkədə fəaliyyət göstərən diplomatların hərəkətinə məhdudiyyət qoymaq niyyətindədir. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mohəmməd Feysəl bəyan edib.
Bundan əvvəl xəbər verildiyi kimi, Vaşinqton ABŞ-da çalışan pakistanlı diplomatların hərəkətinə məhdudiyyət qoymağa hazırlaşır. Bu addım İslamabadın ABŞ diplomatlarının Kəraçi şəhrinə və qəbilələr zonasına girişini rəsmi qadağan edən addımına cavab kimi dəyərləndirilir.
Pakistan hakimiyyəti bu addımın səbəbini rəsmi olaraq izah etsə də, ABŞ bu addımı başqa cür interpretasiya edir. Bunun ardınca, Vaşinqton ölkə daxilində pakistanlı diplomatların hərəkətini məhdudlaşdırmaq tədbirini sınaqdan keçirməyə başlayıb. Son ana qədər Pakistan ümid edib ki, tərəflər bu mübahisəni normal məcraya gətirə biləcəklər.
«Məhdudiyyət mayın 11-də qüvvəyə minir - qarşılıqlı əsasla. Buna baxmayaraq, məsələ ətrafında iki ölkə arasında danışıqlar davam etdirilir» - deyə, Feysəl brifinqdə bəyan edib. Brifinqin stenoqramı Pakistan XİN-n saytında dərc olunub.


Şərhlər