Menu

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

19.07.2014, 23:01
Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

Ukraynanın şərqində Antiterror Əməliyyat qüvvələri separatçıların iki dayaq məntəqəsini məhv edib. APA-nın verdiyi xəbərə görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk bildirib.

“Gün ərzində Antiterror Əməliyyat qüvvələrinin aviasiyası separatçıların mövqelərinə zərbələr endirərək, onlara məxsus iki dayaq məntəqəsini məhv edib”, deyə o bildirib.

Onun sözlərinə görə, aviasiyanın zərbələri nəticəsində separatçıların silah-sursat anbarı, hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol