Menu

“Odnoklassnik” qadağan olundu

20.07.2014, 10:48
“Odnoklassnik” qadağan olundu

Tacikistanda “Odnoklassnik”ə giriş bağlanıb

İyulun 19-da Tacikistan hakimiyyəti respublika ərazisində “odnoklassnik.ru” sayıtına girişi bağlayıb.

Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, sosial şəbəkənin bağlanması səbəbi açıqlanmayıb.

İnternet-təchizatçının təmsilçisi bildirib ki, bu, Tacikistan hökuməti yanında rabitə xidmətinin şifahi tapşırığı əsasında edilib.

Mənbənin məlumatına əsasən, “Odnoklassnik”in respublikada bütün saytlarına, girişi qapadılıb. Hətta mobil operatorlar vasitəsi ilə əlaqə qurmaq mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol