Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.
"Report"un xəbərinə görə, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.
1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 - 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 - 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (2007 - 2011) hakimi olub.


Şərhlər
çox heyif..bu ölkədə indiki dövrdə ən yaxşı, qıtiyyətli vəvicdanlı hakimlərdən biri idi bu xanım..o qalıb işləsə çox daha yaxşı olurdu toplum üçün..istənilən halda ona uğurlar və can sağlığı..